Baydenlə Trampın Ağ Evdə maraqlı görüşü: “Xoş gəlmisiniz”
Prezident Co Bayden Ağ Evdə yeni seçilmiş Prezident Donald Trampı qəbul edib.
“Cebheinfo.az” “Amerikanın Səsi”-nə istinadən xəbər verir ki, Trampın komandası hakimiyyətin ötürülməsinin başlanması ilə bağlı sənədləri hələ imzalamasa da, görüş bir administrasiyadan digərinə rəvan keçid nümayiş etdirmək məqsədi daşıyır.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer çərşənbə axşamı jurnalistlərə deyib:
"Bayden normalara əməl, demokratik institutlarımıza hörmət edir. O, hakimiyyətin dinc yolla ötürülməsi prinsipinə əməl edir. Bu normadır. Bunun baş verməsi lazımdır”.
Beləliklə, Tramp keçən həftə seçkilərdə qalib gəldikdən sonra ilk dəfə Ağ Evə gedib.
Bayden görüşün əvvəlində Trampa "Xoş gəlmisiniz, xoş gəlmisiniz" deyib.
O, Trampa hakimiyyətin rəvan keçidini təmin edəcəyinə və lazım olan hər şeyə sahib olduğunuzdan əmin olmaq üçün” mümkün olan hər şeyi edəcəyinə söz verib.
"Hər şey mümkün qədər hamar olacaq",- deyə Tramp vurğulayıb.
Həmin gün Tramp qələbəsini noyabrın 5-də keçiriləcək seçkilərin nəticələrinin daxil olması ilə əlaqədar Nümayəndələr Palatasına nəzarəti saxlamaq şansı olan respublikaçı qanunvericilərlə birlikdə qeyd edib.
“Qazanmaq gözəl deyilmi? Qazanmaq gözəldir. Qələbə qazanmaq həmişə xoşdur”, - Tramp bildirib.
Ağ Evdən bildiriblər ki, yeni administrasiyada bəzi vəzifələrə namizədləri artıq elan edən Trampın komandası hələ ofis sahəsi və hökumət avadanlığı, habelə dövlət obyektləri və məlumatlarına çıxış üçün müqavilə imzalamayıb.
Trampın keçid qrupunun sözçüsü Brayan Vens verdiyi açıqlamada "Keçid komandasının hüquqşünasları Bayden və Harris administrasiyasının vəkilləri ilə Prezident Keçid Qanunu çərçivəsində bütün razılaşmalarla bağlı konstruktiv əlaqə saxlamağa davam edir",-deyib.
Xəzər
“Cebheinfo.az”