Binanın pilləkəni uçdu: 5 ölü

Binanın pilləkəni uçdu: 5 ölü

Belqorod vilayətinin Şebekino şəhərində yaşayış binasında pilləkənin uçması nəticəsində ölənlərin sayı 5-ə çatıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında verdiyi açıqlamada bildirib.

"Dörd nəfərin qalıqları dağıntılar altından çıxarılıb. Təəssüf ki, daha bir nəfər həyatını itirib. Bu şəxs rayon xəstəxanasına çatdırılan qadın olub. O, əməliyyat olunub. Onun ürəyi bir neçə dəfə dayanıb və həkimlər reanimasiya tədbirləri görüblər", - deyə Qladkov qeyd edib 

O əlavə edib ki, ümumilikdə 6 mülki şəxs yaralanıb. Binanın yuxarı mərtəbələrindən 6 nəfərin hamısı xilas edilib.

Xatırladaq ki, Belqorod vilayətinin Şebekino şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən boşluğu cümə günü Ukraynanın bomba hücumu nəticəsində uçub.

Fövqəladə hadisə nəticəsində 7 nəfər xəsarət alıb.  İlkin məlumata görə, 20 mənzilə ziyan dəyib.

Nigar Hacılı 
"Cebhe.info"