Bingöldə zəlzələ

Bingöldə zəlzələ

Türkiyənin Bingöl vilayətində zəlzələ olub.

Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Karlıova rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.4 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

"Cebhe.info"