Bir gəmi batdı: 32 gəmi onu axtarır

Bir gəmi batdı: 32 gəmi onu axtarır

Çinin Fujian əyalətindən yola düşən 4900 ton polad daşıyan gəmi Quandun əyalətinin Foşan şəhərində Jiujiang körpüsünün ətəyinə çırpılıb. 

"Cebhe.info" xəbər verir ki, yerli hakimiyyət orqanlarından verilən açıqlamada göyərtəsində 11 ekipaj üzvü olan gəminin anbarının qəzadan sonra sonra batdığı bildirilib. Bölgədəki fövqəladə hallar idarəsindən verilən açıqlamaya görə, ekipajdan 7-si xilas edilib, itkin düşən 4 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. Axtarış-xilasetmə əməliyyatları üçün bölgəyə 32 gəmi və 400-dən çox canlı qüvvə göndərilib. Ekspert qrupu tərəfindən aparılan ilkin ekspertiza zamanı körpünün əsas konstruksiyasına ciddi ziyan dəymədiyi müəyyən edilib. Qəza ilə bağlı araşdırma başlanılıb və sel fəlakətində 4 nəfərin öldüyü Quanqdonq əyalətində suyun səviyyəsinin qalxmasının qəzaya səbəb ola biləcəyi təxmin edilir. 

Ləman İsmayıl 
"Cebhe.info"