Britaniya 5 Bolqarıstan vətəndaşına Rusiya lehinə casusluq ittihamı irəli sürüb

Britaniya 5 Bolqarıstan vətəndaşına Rusiya lehinə casusluq ittihamı irəli sürüb

Böyük Britaniyada Rusiyaya casusluqda ittiham olunan şəxslərin işinə baxılır.

APA "Reuters"-ə istinadən xəbər verir ki, Böyük Britaniya prokurorluğu artıq ittihamın irəli sürülməsinə icazə verib.

BBC bildirir ki, 45 yaşlı Orlin Russev, 41 yaşlı Bizer Dzhambazov, 31 yaşlı Katrin İvanova, 31 yaşlı İvan Stoyanov və 29 yaşlı Vanya Qaberova növbəti həftə məhkəməyə çıxarılacaqlar.

Bolqarıstan vətəndaşları “2020-ci ilin avqustundan 2023-cü ilin fevralına qədər düşmənə faydalı olacaq məlumat toplamaqda” ittiham olunurlar.

Cebhe.info