Bu dəfə Paşinyanın interneti kəsildi: Baş nazir qəzəbləndi

Ötən həftə Ermənistan hökumətinin iclası zamanı işıqların bir neçə dəfə söndürülməsi Baş nazir Nikol Paşinyanı qəzəbləndirib.
Onun sözlərinə görə, bu, daim baş verir. Cebhe.info-nun məlumatına görə, bu dəfə Ermənistan hökumətinin interneti kəsilib.
“Bugünkü iclasda başqa problemlə - internetin qeyri-sabitliyi ilə üzləşdik. Əvvəlcə görüşün yayımı bir neçə saniyə və ya bir dəqiqə irəli çəkildi ki, bu da şəbəkənin qeyri-sabitliyini göstərir. Bundan sonra yayım tamamilə kəsilib. Hökumətin e-gov saytında da problemlər var. Bu gün hökumət tərəfindən qəbul edilmiş bəzi sənədləri ətraflı nəzərdən keçirmək üçün yükləmək mümkün deyil”,-Paşinyan belə deyib.
Müşfiq Abdulla
Cebhe.info