Bu günün ikinci zəlzələ xəbəri: 6 bal

ABŞ-nin Alyaska ştatı sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
"Cebhe.info" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Nikolski bölgəsindən 168 kilometr cənub-qərbdə olduğunu açıqlayıb.
Yerin təxminən 41 kilometr dərinliyində qeydə alınan 6 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.
Qeyd edək ki, zəlzələdə can və mal itkisi qeydə alınmayıb.
Bundan əvvəl Çilidə 7,4 bal gücündə zəlzələ qeydə alınıb.
Nigar Hacılı
"Cebhe.info"