Bu kənddə demarkasiya aparılıb: Erməni avtomobillərinə qadağa

Bu kənddə demarkasiya aparılıb: Erməni avtomobillərinə qadağa

“Bağanisdə vəziyyət gərgindir, polis Bağanis-Ayrımdan Əskiparaya gedən yolu bağlayıb. 

Kənd sakinləri yolun açılmasını tələb edirlər”.

“Cebhe.info” xəbər verir ki, bunu erməni mətbuatı yazıb. Sakinlər artıq bu ərazidə ölçmə işlərinin aparıldığını bildiriblər.  Bağanis-Ayrıma bitişik, Bağanisdən Əskipara gedən yolun çatdırılması üçün hazırlıq işləri aparılır. 

“Məlumat var ki, bu gündən faktiki olaraq Bağanıs -Ayrım ərazisində artıq demarkasiya aparılıb və artıq erməni avtomobillərinin bu yolda hərəkət etmək hüququ yoxdur”,-deyə sakinlər bildiriblər.

Xəzər
“Cebhe.info”