Bu ölkə İsraillə diplomatik əlaqələri kəsəcək

Bu ölkə İsraillə diplomatik əlaqələri kəsəcək

Kolumbiya Prezidenti Qustavo Petro İsrailin Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlarına görə İsraillə diplomatik əlaqələri kəsəcəyini açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Prezident Qustavo Petro Kolumbiyanın paytaxtı Boqotada keçirilən Beynəlxalq Əmək Günü münasibəti ilə aksiyalara qatılıb və tarixi Bolivar Meydanında xalqa müraciət edib.

Prezident Petro İsrail ilə diplomatik əlaqələrin kəsiləcəyini bildirilib.

İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayan Petro bildirib ki, bu gün küçələrə çıxanlar, eləcə də bütün bəşəriyyət bizimlə həmfikirdir: “Biz soyqırım dövrünə qayıda bilmərik. İnsanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölərsə, bəşəriyyət də ölər”.

Petro İsrailin bombardmanları nəticəsində Qəzzada körpələrin öldüyünü, dünyanın bir çox ölkəsində insanların küçələrə çıxdığını bildirib.

Nigar Hacılı 
"Cebhe.info"