Bu ölkədə 15 qanunsuz neft emalı zavodu məhv edildi

Bu ölkədə 15 qanunsuz neft emalı zavodu məhv edildi

Afrikanın neft və təbii qazla zəngin ölkəsi Nigeriyada qaçaqmalçılıq yolu ilə gətirilən xam neftin qeyri-qanuni emal edildiyi 15 obyekt dağıdılıb.

"Cebheinfo.az" xəbər verir ki, Nigeriya ordusunun sözçüsü Danjuma Jonah verdiyi yazılı açıqlamada ordunun ölkənin neft bölgəsi olan Niger Deltasında neft qaçaqmalçılarına qarşı hava əməliyyatı həyata keçirdiyini bildirib.

Danjuma əməliyyatlar zamanı daha 15 qeyri-qanuni neft emalı obyektinin məhv edildiyini açıqlayıb.

Əməliyyatlar zamanı 11 tanker və neft daşıyan bir neçə qayığın ələ keçirildiyini qeyd edib.

Qeyd edək ki, Nigeriyada neft oğurluğu ölkə iqtisadiyyatına mənfi təsir göstərir.

Nigeriyalı senator Ned Nvoko ölkədə artan neft oğurluğu və boru kəmərlərinə hücumlar səbəbindən 2023-cü ildəki ziyanın 3 milyard dollardan çox olduğunu açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"