Bu ölkədə 4 mindən çox məhbus amnistiyaya düşüb
Əlcəzair Prezidenti Əbdülməcid Tebbun hər il noyabrın 1-də qeyd olunan Müstəqillik İnqilabı münasibəti ilə 4 mindən çox məhbusa amnistiya verib.
"Cebheinfo.az" xəbər verir ki, Əlcəzair rəsmi xəbər agentliyinin məlumatına görə, Tebbun Fransa müstəmləkəçiliyinə qarşı başladılan Əlcəzair Azadlıq İnqilabının (1954-1962) 70 ildönümü münasibətilə 4 mindən çox məhbusu əhatə edən iki Prezident fərmanı imzalayıb.
Radio “M news”-un məlumatına görə, ictimai asayişlə bağlı işlərdə təqsirli bilinən və ictimai asayişi pozduğuna görə həbs edilənləri əhatə edən amnistiyadan yararlananlar arasında 2023-cü ilin iyununda “məşğulluq” ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilən jurnalist də var.
Amnistiya 2019-cu ildə ölkədə keçirilmiş və aprelin 2-də keçmiş prezident Əbdüləziz Buteflikanın istefasına səbəb olan nümayişlərlə əlaqəli bəzi məhbusları da əhatə edir.
Qeyd edək ki, Əlcəzairdə hər il 5 iyul - Müstəqillik Günü və 1 noyabr - İnqilab Günü kimi milli və dini bayramlarda amnistiya elan olunur. 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi olaraq qalan Əlcəzair 1954-cü il noyabrın 1-də müstəqillik mübarizəsini alovlandırdı.
Təxminən 1,5 milyon Əlcəzairlinin həyatını itirdiyi 8 illik mübarizə ölkənin 5 iyul 1962-ci ildə müstəqilliyini elan etməsi ilə sona çatdı.
Nigar Hacılı
"Cebheinfo.az"