Bu ölkədə anomal istilər başladı

Bu ölkədə anomal istilər başladı

Kolumbiyada “El Nino” istiləri hər gün quraqlığa səbəb olur.

"Cebhe.info" xəbər verir ki, hər on gündə bir su kəsilir, hətta suyun paylanması da rasion kartları ilə həyata keçirilir.

Paytaxt Boqotada havanın temperaturu mövsüm normalarından yüksək olduğu üçün bəndlərdəki su son illərin ən aşağı səviyyəsinə enib. Bu vəziyyət ölkəni təşvişə salıb. 

Hökumət sərt sanksiyalara əl atır. Bunlardan biri də 24 saatlıq su kəsilməsidir. Hər on gündə 10 milyondan çox insan bu proqramla susuz qalır. Digər tərəfdən, sudan istifadə üçün rasionlaşmaya başlanılıb.

İqlim səbəbindən yağıntıların azalması bəndlərə də mənfi təsir göstərir. Paytaxt Boqotanın içməli suya ehtiyacının 70 faizi Çinqaza paramo gölündən ödənilir. Bununla belə, göldəki su 1980-ci ildən bəri ən aşağı səviyyədədir.

Kolumbiya Prezidenti Qustavo Petro ölkədə su böhranını həll etmək üçün bir sıra qərarlar imzalayıb. Həyata keçiriləcək sərmayələrlə 30 il ərzində ölkədə bütün əhalinin təmiz suya çıxışının təmin edilməsi hədəflənir.

Ləman İsmayıl
"Cebhe.info"