Bu ölkədə eyni vaxtda 100 etiraz aksiyası

Bu ölkədə eyni vaxtda 100 etiraz aksiyası

Həftə sonu İspaniyanın 100-dən çox yerində Fələstinə dəstək nümayişləri keçirilib. 

İspaniyada “Fələstinin İşğalına Qarşı Həmrəylik Şəbəkəsi” (RESCOP) qeyri-hökumət təşkilatının çağırışı ilə həftə sonu 100-dən çox yerdə küçələrə çıxan ispanlar “Qəzzada soyqırımın dayandırılması və dərhal atəşkəs elan edilməsi” çağırışı edib. 

"Cebhe.info" xəbər verir ki, İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana son 6 ayda İspaniyada 4 dəfə nümayiş təşkil edilib. Nümayişçilər  İspaniya hökumətini və beynəlxalq ictimaiyyəti İsrailə qarşı təcili, konkret və təsirli tədbirlər görməyə, İsraillə silah ticarətini dayandırmağa, qırğınlarla iştirak edən İsrail şirkətlərini boykot etməyə çağırıblar. Dünən paytaxt Madridin mərkəzində əllərində Fələstin bayraqları ilə yürüşə çıxan minlərlə insan ABŞ və Avropa İttifaqını İsrailin işbirlikçi olduqları səbəbiylə tənqid edib. Həmişə olduğu kimi Fələstinə dəstək nümayişlərinə qatılan müxalif ifrat sol Podemos partiyasının lideri İone Belarra jurnalistlərə açıqlamasında İsrailə 26 milyard dollarlıq yardım etməyə qərar verən Amerika Birləşmiş Ştatlarını ittiham edib. Digər tərəfdən, aprelin 20-də İspaniyanın Barselona şəhərində keçirilən nümayişə təxminən 3500 nəfərin qatıldığı açıqlanıb. İspaniyanın Sevilya, Koruna, Almeriya, Burqos, Kadis, Qranada, Malaga, Mursiya, Salamanka, Valyadolid və Saraqosa kimi böyük şəhərlərində də geniş iştirakla nümayişlər keçirilib. 

Nigar Hacılı 
"Cebhe.info"