Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Cənubi Amerika ölkəsi Ekvadorda Prezident Daniel Noboanın sərəncamı ilə elektrik stansiyalarına və mühüm infrastruktur obyektlərinə hücumlar əsas gətirilərək fövqəladə vəziyyət elan edilib.

"Cebhe.info" xəbər verir ki, Prezidentin sərəncamı çərçivəsində elektrik stansiyalarında təxribatların qarşısının alınması üçün orduya və polisə geniş səlahiyyətlər verilib.

Elektrik stansiyalarına edilən hücumlarla yanaşı, Kolumbiya Ekvadora elektrik enerjisi ixracını dayandırması, ölkədə gündəlik elektrik kəsilməsini 8 saata çatdırıb.

Bu il Ekvadorda yaşanan quraqlığın enerji böhranını daha da dərinləşdirdiyi paylaşılıb. Elektrik enerjisində hər gün orta hesabla 2-5 saat fasilə yaranır.

Ekvadordakı enerji şirkətləri də paytaxt Kito da daxil olmaqla bir çox şəhərdə elektrik enerjisinin kəsiləcəyi saatlarla bağlı məlumatları ictimaiyyətlə paylaşıb.

Nigar Hacılı 
"Cebhe.info"