Bu ölkədə təhsil dayandırıldı - SƏBƏB

İsrailin hücum təhlükəsi səbəbiylə Livanın cənubundakı bəzi məktəblərin təhsili dayandırdığı açıqlanıb.
"Cebheinfo.az" Livanın "NNA" agentliyinə istinadən xəbər verir ki, İsrailin hücum təhdidindən sonra ölkənin cənubundakı Tire şəhəri və bəzi digər bölgələrdəki məktəblərdə təhsil dayandırılıb.
Qeyd olunub ki, İsrail ordusu cənubdakı qəsəbələrə artilleriya atəşini davam etdirir.
“Hizbullah” tərəfindən edilən açıqlamada Livandan İsrailin şimalına raket atıldığı iddialarına diqqət çəkilib.
İsrail ordusunun sözçüsü Aviçay Adraee Livandan İsrailə doğru iki raket atıldığını açıqlayıb.
Ötən gün İsrailin Livanın cənubunda 3 avtomobili hədəf alan hava hücumları nəticəsində 6 nəfər həlak olub.
Nigar Hacılı
"Cebheinfo.az