Bu sektorda çalışan işçilərin sayı açıqlandı

Bu sektorda çalışan işçilərin sayı açıqlandı

Türkiyə Otelçilər Dərnəyinin (TÜROB) prezidenti Müberra Eresin, turizmdə çalışan işçilərin sayının iyun ayı etibarilə tarixi rekordu qırdığını söyləyib. 

Turizmin ümumi məşğulluq içərisində 9 faiz paya malik olduğunu ifadə edən Eresin, avqust ayı statistikasına görə sektorda çalışan işçilərin sayının 1,7 milyonu keçəcəyini gözlədiklərini diqqətə çatdırıb.

"Cebheinfo.az" xəbər verir ki, TÜROB Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Rəhbərlik və Təftiş Qrupu Rəhbərliyi, Türkiyə Məşğulluq Agentliyi (İŞKUR) və Sosial Müdafiə Təşkilatı (SGK)-nın birgə əməkdaşlığı ilə “İş Həyatı üçün Qanunvericilik, Audit və Təşviqlər Məlumat Yığıncağı” keçirilib.

İŞKUR və SGK ilə TÜROB-a üzv olan otellərin yüksək səviyyəli rəsmilərinin qatıldığı toplantının açılışında çıxış edən TÜROB başçısı Müberra Eresin, SGK-nın 2024-cü ilin iyun ayı məlumatlarına əsaslanaraq dərc etdiyi son hesabatda turizm sektorunda çalışan işçilərin sayının 1,5 milyon nəfəri keçdiyini, o cümlədən yerləşdirmə sahəsində 532 min, qida və içki sahəsində 850 min, turizm agentliklərində 78 min, aviaşirkətlərdə 41 min nəfəri keçdiyini bildirib.

Eresin, "Turizm, müəssisə başına 8,36 işçi ilə digər sektorları çox qabaqlayır və ölkədəki ümumi məşğulluğun 9 faizinə çatdı" deyib.

Nigar
"Cebheinfo.az"