Silahlılar 170 nəfəri edam edib

Silahlılar 170 nəfəri edam edib

Bir həftə əvvəl Burkina-Fasonun şimalında üç kəndə edilən hücumlar zamanı 170-ə yaxın adam edam edilib.

“Cebhe.info” xəbər verir ki, bu barədə regional prokuror bildirib.

Yatenqa vilayətinin Komsilqa, Nodin və Soro kəndlərinə naməlum şəxslərin hücumları həyata keçirilib, araşdırmalara başlanılıb.

Burkina Faso son on ildə qonşu Malidən yayılan, minlərlə insanın ölümünə və iki milyondan çox insanın evlərindən didərgin düşməsinə səbəb olan “Əl-Qaidə” və İŞİD-lə əlaqəli islamçı zorakılıqlardan əziyyət çəkir.

Xəzər
“Cebhe.info”