“Cenevrədə Türk həftəsi”:Razılıq əldə edilib

“Cenevrədə Türk həftəsi”:Razılıq əldə edilib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova BMT-nin Cenevrə bölməsinin Baş direktoru Tatyana Valovaya ilə görüşüb.

"Cebhe.info" xəbər verir ki, görüş A.Raimkulovanın İsveçrəyə rəsmi səfərinin mühüm tərkib hissəsi olub. 

O, Türk Əməkdaşlıq Təşkilatlarının birgə təşkilatçılığı ilə keçirilən “Cenevrədə Türk həftəsi” tədbirlərində iştirak edib. Görüş zamanı Fondun gələcək planları müzakirə olunub, beynəlxalq mədəni əməkdaşlıq vurğulanıb. Aktotı Raimkulova Türk dünyasının mədəni zənginliyini nümayiş etdirməklə sivilizasiyalararası anlaşmanı təşviq etmək üçün Fondun BMT ilə tərəfdaşlığa maraqlı olduğunu bildirib. Tatyana Valovaya Fondun mədəni diplomatiya vasitəsilə mədəni müxtəlifliyin vurğulanması səylərini qiymətləndirib.

Fond və YUNESKO arasında Türk xalqlarının mədəni irs obyektlərinin beynəlxalq irs siyahısına transsərhəd nominasiyalarının irəli sürülməsi və Divanü Lüğat-it-Türkün 950 illiyi kimi mühüm tarixlərin qeyd olunması yönündə genişlənən əməkdaşlıq müsbət qiymətləndirilib.

Tərəflər əməkdaşlığın genişləndirilməsinə dair yeni imkanların araşdırılması yönündə əlaqələri davam etdirməyə razılaşıblar.

"Cebhe.info"