Cənubi Koreyada doğum sayı artıb

Cənubi Koreyada doğum sayı artıb

Cənubi Koreyada 2024-cü ildə doğulan körpələrin sayı 9 ildən sonra ilk dəfə artıb.

"Cebheinfo.az" “Yonhap” agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Statistika Agentliyi ölkədə doğum səviyyəsi ilə bağlı məlumat yayıb.

2015-ci ildə 438 min 400 körpənin doğulduğu ölkədə 9 ildir davam edən doğum göstəricilərindəki azalma artımla müşahidə olunub.

Belə ki, 2024-cü ildə əvvəlki ilə nisbətən yüzdə 3,6 artımla 283 min 300 körpə doğulub və ölkədə son 9 ildə ilk dəfə doğum nisbətlərində artım qeydə alınıb.

Cənubi Koreyada “bir qadının həyatı boyu gözlənilən orta uşaq sayı” da 2023-cü ildəki 0,72-dən 2024-cü ildə 0,75-ə yüksələrək 9 ildə ilk dəfə artıb.

Hökumətin 2030-cu ilə qədər bu rəqəmi 1-ə çatdırmağı hədəflədiyi bildirilir.

Statistika qurumunun rəsmisi Park Hyun-jeong mövzu ilə bağlı etdiyi şərhdə, COVİD-19 epidemiyasından sonra evliliklərdəki artım tendensiyası davam etdiyinə diqqət çəkərək, 2024-cü ildə evlilik sayının 1996-cı ildən bəri ən yüksək rəqəm olduğunu qeyd edib.

Cənubi Koreya 2023-cü ildə 0,72 ilə ən aşağı doğum səviyyəsinə malik ölkələr arasında birinci yerdə idi. 

Nigar Hacılı 
"Cebheinfo.az"