CHP qurultayının nəticələri ləğv olunur? 

CHP qurultayının nəticələri ləğv olunur? 

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) keçirilmiş qurultayla bağlı sürpriz bir iddia yayılıb.

Cebhe.info xəbər verir ki, sözügedən qurultayın nəticələrinin ləğv edilməsinin gündəmə gəldiyi önə sürülüb.

Hətta CHP-nin sabiq sədri Kamal Kılıçdaroğluna yaxın partiya üzvlərinin bununla bağlı məhkəməyə müraciət edəcəkləri deyilirdi.

Lakin həm CHP, həm də Kamal Kılıçdaroğluna yaxın mənbələr sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Həmçinin, Kılıçdaroğlunun da belə bir addımın atılmasına müsbət yanaşmadığı da qeyd olunub. Eyni zamanda, hüquqi cəhətdən qurultayın nəticələrinin ləğv edilməsinin mümkün olmadığı da vurğulanıb.

Elmir Mustafa
Cebhe.info