Çin Avropa ilə yaxınlaşır
“Vaşinqton onun istifadəsini məhdudlaşdırmasa, Ermənistan və Azərbaycan arasında ABŞ tərəfindən idarə olunacaq nəqliyyat dəhlizi Çin və Avropa arasında ticarət yolunun bir hissəsinə çevrilə bilər”.
“Cebheinfo.az”-ın məlumatına görə, “Bloomberg” adının çəkilməyən Türkiyə rəsmilərinə istinadən belə yazıb.
Amerika mediasına açıqlama verən Türkiyə mənbələri qeyd edib ki, dəhlizin idarə olunması üzrə müstəsna hüquq ABŞ-a ondan necə istifadə ediləcəyi barədə qərar verməyə imkanı yaradacaq.
Ona görə də Çin də daxil olmaqla, əsas ixracatçıların ticarət yolundan istifadə edə bilməsi Vaşinqtonun mövqeyindən asılıdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”

