Çin təşvişdə: Kəşfiyyat koronavirusun mənşəyini açıqlamalıdır

Çin təşvişdə: Kəşfiyyat koronavirusun mənşəyini açıqlamalıdır

Çin Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Co Baydenin imzaladığı, kəşfiyyatı COVID-19-un mənşəyi ilə bağlı məlumatları açıqlamağa məcbur edən qanunun siyasi manipulyasiya olduğunu bildirib.

Cebhe.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Çin Xalq Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Vanq Venbin bildirib ki, qanun layihəsinin məzmunu faktları təhrif edir:

"Çin ABŞ-ı siyasi manipulyasiyanı dərhal dayandırmağa çağırır".

ABŞ Prezidenti Co Bayden bazar ertəsi Konqres tərəfindən daha əvvəl təsdiqlənmiş qanun layihəsini imzalayıb. Ona görə ABŞ kəşfiyyatı COVID-19-un mənşəyi ilə bağlı məlumatlarını açıqlamalıdır. Bayden qeyd edib ki, ABŞ hökuməti COVID-19-un mənşəyi ilə bağlı bütün məxfi məlumatları, o cümlədən Vuhan Virusologiya İnstitutu ilə mümkün əlaqələri nəzərdən keçirməyə davam edəcək.

Fevralın 26-da ABŞ Energetika Nazirliyi koronavirus pandemiyasının ən çox ehtimal olunan səbəbi kimi Çin laboratoriyasından gözlənilmədən sızmanın göstərib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ Energetika Nazirliyinin koronavirus pandemiyasının baş verməsinin səbəbinin Çin laboratoriyasından sızma olması ilə bağlı versiyasını tənqid edib.

Xəzər
Cebhe.info