Çində torpaq sürüşməsi: 4 nəfər ölüb

Çində torpaq sürüşməsi: 4 nəfər ölüb

Çində leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində ən azı 4 nəfər həyatını itirib.  

"Cebhe.info" xəbər verir ki, hazırda itkin düşən 10 nəfərin axtarışları davam edir, təxliyə edilənlərin sayı isə 110 minə çatıb.

Xatırladaq ki, ötən həftədən etibarən ölkənin cənub bölgələrində, xüsusən də Çinin Quandun əyalətində təsirli olan güclü yağışların sayı daha da pisləşib.

Rəsmilər 3-ü Zhaoqin şəhərində və 1-i Şaoquan şəhərində olmaqla ən azı 4 nəfərin daşqın və torpaq sürüşmələri nəticəsində həyatını itirdiyini, Şaoquan və Qinqyuan şəhərlərində itkin düşmüş kimi qeydə alınan 10 nəfərin axtarışlarının davam etdiyini açıqlayıblar.

Şaoquan, Quançjou, Heyuan, Zhaoqing, Qinqyuan, Meizhou və Huizhou şəhərlərində yaşayan təxminən 110 min insan sürüşmə və daşqın riski səbəbilə evlərindən təxliyə edilərkən, onlardan 25 min 800-ü sığınacaqlarda qalıb.

Nigar Hacılı 
"Cebhe.info"