Çindən ABŞ-a çağırış

Çindən ABŞ-a çağırış

Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei Vaşinqtonu Pekinin maraqlarına hörmət etməyə çağırıb.

Cebhe.info xəbər verir ki, o bildirib ki, son illərdə Birləşmiş Ştatlar Tayvan məsələsi ilə bağlı Çinə verdiyi vədləri pozub və bununla da regiondakı vəziyyəti gərginləşdirib.

“Birləşmiş Ştatlar bir tərəfdən Tayvan məsələsində Çinə ciddi vədlər verdi, digər tərəfdən “Vahid Çin” prinsipini alovlandırdı, Tayvana silah satmağa davam etdi, ada ilə bağlı mənfi qanun layihələrini irəli sürdü və rütbəli məmurları Tayvana göndərdi”, - deyə Tan Kefei bildirib.

Onun sözlərinə görə, ABŞ bir söz deyir, başqa cür hərəkət edir, bu isə Vaşinqtonun siyasi etimadına və beynəlxalq reputasiyasına ciddi zərbə vurur.

“Tayvan məsələsinin həlli Çin xalqının işidir, ÇXR-in daxili işidir. Çin Xalq Azadlıq Ordusu dövlətin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə qorumaq, kənar müdaxilənin hər hansı formada qarşısını almaq üçün bütün lazımi tədbirləri görəcək”, - deyə rəsmi bildirib.

Bundan əvvəl Pentaqon məlumat vermişdi ki, ABŞ Dövlət Departamenti Tayvana təxminən 330 milyon dollar dəyərində təyyarə hissələri və müvafiq avadanlıqların satışını təsdiqləyib.

Naibə
Cebhe.info