Colani Putindən Bəşər Əsədi istədi

Suriyanın yeni lideri Əhməd əş-Şaraa (Colani) ölkənin devrilmiş prezidenti Bəşər Əsədin ekstradisiyası üçün Rusiyaya rəsmi sorğu təqdim edib.
“Cebheinfo.az” bu barədə “Al Arabiya”-ya istinadən xəbər verir.
KİV-in məlumatına görə, Suriya lideri Əsədin vətənində mühakimə olunmalı olduğunu bildirib.
Xatırladaq ki, ötən ilin sonunda devrildikdən sonra Bəşər Əsəd ailəsi ilə birlikdə Rusiyaya qaçmışdı.
O, 24 il Suriya prezidenti vəzifəsində çalışıb.
Xəzər
“Cebheinfo.az”