Colanidən PKK/YPG-yə MESAJ

Colanidən PKK/YPG-yə MESAJ

Suriya PKK/YPG terror qruplaşmasına öz ərazisində fəaliyyət göstərməsinə imkan verməyəcək. 

“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir k, Suriyanın yeni rəhbəri Əhməd Əl-Şaara (Colani) terror qruplaşmalarının Suriyadan əməliyyat bazası kimi istifadə etməsinə imkan verməyəcəyini bəyan edib. 

O, Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziyasına müsahibəsində konstitusiya islahatları və gələcək seçkilərlə bağlı planlar barədə danışarkən Suriyanın gələcəyi ilə bağlı fikirlər səsləndirib. Kürdlərin Suriyanın ayrılmaz bir hissəsi olduğunu vurğulayan Colani rəhbərlik etdiyi ölkənin terrorçu PKK/YPG-nin bazası olmasına icazə verməyəcəyini bildirib.

O, Suriyanın vahid bir dövlət kimi formallaşmasının vacibliyini vurğulayıb. O, yeni hökumətin Suriyanın şimal-şərqindəki böhranı həll etməyi və müəyyən silahlı q rupları milli qüvvələrə inteqrasiya etməyi hədəflədiyini bildirib. 

Yunis Abdullayev 
“Cebheinfo.az”