COVID-19 6 dəfə artıb
Cənubi Koreyada koronavirusa (COVID-19) görə xəstəxanaya müraciət edənlərin sayı 4 həftə ərzində 6 dəfə artıb.
"Cebheinfo.az"-nun “Yonhap”-a istinadən məlumatına görə, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) ölkədə COVID-19 hadisələri ilə bağlı məlumatları yayıb. Məlumata görə, avqustun ilk həftəsində COVID-19-a görə xəstəxanalara müraciət edənlərin sayı 4 həftədə 6 dəfə artaraq 861-ə çatıb. Hadisələr fevral ayından bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb. Onların sayının artmasına baxmayaraq, xəstələrin 90 faizindən çoxunda yüngül simptomlar var.
Nigar Hacılı
"Cebheinfo.az"