Daha bir “Hizbullah” komandiri öldürüldü
İsrail ordusu Livanın paytaxtı Beyrutda keçirdiyi əməliyyatda “Hizbullah” Baş Qərargahının rəhbəri Süheyl Hüseyni öldürüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmi səhifəsində məlumat verilib.
Səhər saatlarında Livana qarşı quru əməliyyatına başladığını açıqlayan İsrail ordusu hücumları davam etdirir. Bundan əlavə, İsrail ordusu Livan sərhədinə yaxın Qərbi Cəlil bölgəsində 5 qəsəbəni qapalı hərbi bölgə elan edib. Bölgədə giriş-çıxışa qadağa qoyulub.
Qeyd edək ki, 2023-cü il oktyabrın 8-dən Hizbullahla toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü il oktyabrın 8-dən bəri 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 2083 nəfər dünyasını dəyişib.
"Hizbullah" lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyrutda həyata keçirdiyi hava zərbələri nəticəsində öldürülüb.
Naibə
"Cebheinfo.az"