Daha bir ölkə Türkiyə ilə hərbi əməkdaşlıq qurur

Daha bir ölkə Türkiyə ilə hərbi əməkdaşlıq qurur

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə ilə Genişləndirilmiş Hərbi Çərçivə sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.

Cebhe.info xəbər verir ki, ratifikasiya haqqında qanun qanunvericilik palatası tərəfindən qəbul edilib və noyabr ayında Özbəkistan parlamentinin Senatı tərəfindən təsdiq edilib.

“Özbəkistan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında Genişləndirilmiş Hərbi Çərçivə sazişi təsdiq edilsin”, - qanunun mətnində deyilir.

Müqavilə martın 29-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Özbəkistana səfəri zamanı imzalanıb.

Daha əvvəl Senatın İnformasiya Xidməti məlumat verib ki, sənəd Özbəkistan və Türkiyə arasında hərbi təlim və təhsil, müdafiə sənayesi sahəsində əməkdaşlıq, logistika, kartoqrafiya və hidroqrafiya, mina və əldəqayırma partlayıcı qurğularla mübarizə sahəsində təcrübə mübadiləsinin aparılması sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur.

Naibə
Cebhe.info