DEM Partiyası yenidən Öcalanla görüşəcək? – “Bayramdan öncə...”

Türkiyənin Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) heyəti yenidən PKK terroq qruplaşmasının lideri Abdullah Öcalanla görüşə bilər.
“Cebheinfo.az” xəbər verir ki, DEM Partiyasının heyəti növbəti dəfə İmralı adasına getmək üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Bu barədə partiyanın həmsədri Tuncer Bakırhan açıqlama verib. O, müraciətlə bağlı bunları deyib:
“Heyətimizin təkrar İmralıya getməsinin yararlı olacağını düşünürük. Çağırışın nəticələrini paylaşmaq və Öcalanın necə mesajlar verəcəyi cəmiyyətİ də maraqlandırır. Əgər Novruz bayramı öncəsi olsa, oradan xalqa bu çağırışı gücləndirəcək bir şey gəlsə, məmnun olarıq. Heyətimiz müraciət edib. Oradan bir mesaj gətirməyin kimsəyə zərəri yoxdur, sadəcə prosesə fayda verər. Heyətimizin Öcalandan bütün suallara cavablar alaraq gələcəyini ümid edirik”.
Elmir Mustafa
“Cebheinfo.az”