Dollar və avro sürətlə bahalaşır

Türkiyə valyuta birjasında dollar və avro sürətlə bahalaşır.
Cebhe.info xəbər verir ki, dollar artıq 21 lirəni ötüb. Hazırda 1 dollar 21.13 lirəyə təklif olunur ki, bu da ötən günə nisbətdə 0.83 faiz bahalaşma deməkdir.
Avro isə 1.10 faiz bahalaşıb. Hazırda 1 avro 22.70 lirə səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, ekspertlər lirənin 15 faizə qədər ucuzlaşacağını proqnozlaşdırır.
Vilayət Muxtar
Cebhe.info