Donald Trampın qalib gəlmə şansı artıb

Donald Trampın qalib gəlmə şansı artıb

Bəzi demokratlar hesab edir ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd onun prezident seçkilərində qalib gəlmək şansını artırıb.

“Cebhe.info” xəbər verir ki, bu barədə bazar günü NBC mənbələrinə istinadən məlumat yayıb.

"Prezidentlik yarışı dünən axşam başa çatdı",- deyə Demokrat Partiyasının məsləhətçisi bildirib. NBC-nin qeyd etdiyi kimi, qərarsız seçicilər çox güman ki, rəğbətlə Trampa səs verəcəklər.

O da vurğulanır ki, ABŞ Prezidenti Co Baydenin debatdakı çıxışı ilə əlaqədar Demokratlar Partiyasındakı qarışıqlığı nəzərə alsaq, vəziyyət respublikaçıların xeyrinədir.

Xəzər
“Cebhe.info”