Dünya liderləri sui- qəsd cəhdindən ŞOKA DÜŞÜBLƏR

Dünya liderləri sui- qəsd cəhdindən ŞOKA DÜŞÜBLƏR

Dünyanın müxtəlif ölkələrinin siyasi liderləri ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd xəbərinə reaksiya veriblər.

“Cebhe.info” “USA Today”-a istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ilk reaksiya verənlərdən biri olub.
Netanyahu deyib ki, o və həyat yoldaşı keçmiş prezident Donald Tramp üçün dua edirlər.

Sarah və mən Trampa açıq hücumdan şoka düşdük. Biz onun təhlükəsizliyi və tezliklə sağalması üçün dua edirik”, - İsrailin Baş naziri “X”-dəki mikrobloqunda yazıb.

“Trampa qarşı edilən hücum şok və dəhşət doğurur”. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “X” hesabında paylaşım edib.

“Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Sabiq prezident Trampın tezliklə sağalmasını arzu edirik” , - paylaşımda deyilir.

Macarıstanın Baş naziri Viktor Orban da bir neçə gün əvvəl Trampın Floridadakı Mar-a-Laqo iqamətgahında görüşdüyü keçmiş ABŞ prezidentinə dəstəyini ifadə edib.

Orban yazıb:

“Mənim düşüncələrim və dualarım bu qaranlıq saatlarda Donald Trampladır”.

Kanadanın Baş naziri Castin Trüdo və İngiltərənin Baş naziri Keir Starmer bununla bağlı hər cür siyasi zorakılığı pisləyiblər.

Starmer “X” bloqunda hadisədən  dəhşətə düşdüyünü və keçmiş ABŞ prezidentinə və ailəsinə ən xoş arzularını göndərdiyini yazıb.

"Bunu şişirtmək olmaz - siyasi zorakılıq qəbuledilməzdir",- deyə Trüdo sosial mediada yazıb. 

Çili Prezidenti Qabriel Boric deyib ki, zorakılıq demokratiya üçün təhlükədir:

“Çili adından bu gün ABŞ-də baş verənləri birmənalı olaraq pislədiyimizi bildirirəm. Biz keçmiş prezident Donald Trampın tezliklə sağalmasına, faktların aydınlaşdırılmasına və ədalətin zəfər çalacağına ümid edirik”.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də Trampa sui-qəsd cəhdinə reaksiya verib.

“Keçmiş prezident Trampın seçki kampaniyası mitinqində baş veərn olay məni dərindən sarsıtdı. Donald Trampın tezliklə sağalmasını arzulayıram... Siyasi zorakılığa demokratiyada yer yoxdur”, - o deyib.

Öz növbəsində Aİ diplomatiyasının rəhbəri Josef Borrell Trampa hücum xəbərindən şoka düşdüyünü bildirib:

“Biz bir daha siyasətçilərə qarşı qəbuledilməz zorakılıq aktlarının şahidi oluruq”.

Hadisəyə Ukrayna Prezidenti Vladimir Zelenski belə reaksiya verib:

“Bu cür zorakılığa heç bir bəraət yoxdur, dünyanın heç bir yerində buna yer yoxdur. Zorakılıq heç vaxt üstün olmamalıdır”.

Xəzər
“Cebhe.info”