Dünyanın taleyi burada həll olunur: Liderlərin gizli klubu
Avropada ən böyük maliyyəçilərin və bankirlərin gizli klubu var.
“Cebhe.info”-nun “Financial Times” qəzetinə istinadən yazdığına görə, bu klubda onilliklər ərzində müxtəlif ölkələrin liderləri və mərkəzi bankların sədrləri ilə görüşlər keçirilir.
KİV-in məlumatına görə, görüşlər Institut International d'Etudes Bancaires tərəfindən təşkil olunu:
“Bu, hər kəsin öz girişini satın ala biləcəyi Davos kimi deyil”.
Qəzet iddia edir ki, klub üzvləri ildə iki dəfə bütün qitədəki lüks otellərdə və kral saraylarında görüşür. Klub üzvləri birləşmə və satınalmaları, eləcə də qlobal siyasətin mexanizmini müzakirə edirlər.
Lakin bütün iclaslar gizli keçirilir, iclasların gündəliyi və protokolları dərc olunmur.
Son görüşlərdən biri 2023-cü ilin oktyabrında Sürixdəki “Dolder Grand Hotel”də baş tutdu. İddialara görə, burada İsveçrənin ən böyük və ən qədim banklarından biri olan “Credit Suisse”-nin iflası müzakirə olunub.
Xəzər
“Cebhe.info”