Ərdoğan: “28 may gecəsində Afrikadan Asiyaya – küçələrdəki sevinc coşqusunu unutmayacağıq”
“Seçkilərin nəticəsinin elan olunduğu 28 may gecəsi Afrikadan Asiyaya – küçələrdə yaşanan sevinc coşqusunu unutmayacağıq”.
“Report”un Ankaraya ezam olunan əməkdaşının xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində çıxışında bildirib.
“Türkiyə siyasi tarixinin ən kritik seçkilərini geridə qoydu. 28 may tarixində millətimiz birinci turda yarımçıq qalan işini bitirmişdir. Millətimizin bizə və partiyamıza olan güvənini doğruldacağıq. Bir olaq, sevək, sevilək”, - dövlət başçısı vurğulayıb.
Eyni zamanda Türkiyə lideri səsverməyə qatılan bütün vətəndaşlara təşəkkürünü bildirib:
“Səs verməyə qatılan millətimin hər bir fərdinə təşəkkürümü çatdırıram. Xaricdən növbədə duraraq səs verən hər bir vətəndaşımıza, Türkiyədə zəlzələ bölgəsində səs verən, səslərinə sahib çıxan hər bir fərdimizə təşəkkür edirəm”.
Cebhe.info