Ərdoğan və Bağçalı görüşəcək: Nələr müzakirə olunacaq?

Ərdoğan və Bağçalı görüşəcək: Nələr müzakirə olunacaq?

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı arasında görüş keçiriləcək. 

"Cebheinfo.az" xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 19:00-da Prezident Sarayında baş tutacaq. Görüş zamanı Bağçalının PKK lideri Abdullah Öcalana çağırışından sonra yaşananlar, parlamentdə baş verənlər, Yaxın Şərqdəki durum, İsrailin Qəzza və Liviyaya zərbələri, habelə Suriyadakı son vəziyyət müzakirə olunacaq. Qeyd edək ki, liderlər ən son 3 oktyabrda bir araya gəlmişdilər. 

Elmir Mustafa 
"Cebheinfo.az"