Ərdoğan və Özəl eyni gündə ABŞ-də olacaq

Ərdoğan və Özəl eyni gündə ABŞ-də olacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl eyni gündə ABŞ-də olacaqlar.

“Cebheinfo.az” xəbər verir ki, qardaş ölkənin dövlət başçısı BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək.

O, 21 sentyabrda yola düşəcək, 24 sentyabrda isə BMT-də çıxış edəcək. Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-dək davam edəcək səfər çərçivəsində bəzi dünya liderləri ilə də görüşəcək.

CHP lideri isə 24 sentyabrda ABŞ-yə gedəcək. O, 25 sentyabrda Sosialist İnternasionalın iclasına qatılacaq. Özgür Özəl də sözügedən iclasda çıxış edəcək. Onun da ABŞ-də bir sıra görüşlər keçirməsi gözlənilir.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan da, Özgür Özəl də eyni tarixdə - 26 sentyabrda Türkiyəyə qayıdacaqlar.

Elmir Mustafa
“Cebheinfo.az”