Erməni general evində ölü tapıldı

Erməni general evində ölü tapıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin general-mayoru Tiqran Barseqyan vəfat edib.

Bu barədə “Joxovurd” nəşri məlumat yayıb.

Məlumata görə, Barseqyanın meyiti ölümündən üç gün sonra evində aşkar edilib.

Qeyd edək ki, Barseqyan bundan əvvəl MTN konstitusiya quruluşunun, ictimai asayişin qorunması və terrorizmlə mübarizə şöbəsinin müdiri vəzifəsində çalışıb.

"Cebheinfo.az"