Ermənilər Tehranda Azərbaycana qarşı aksiya keçirəcəklər

Ermənilər Tehranda Azərbaycana qarşı aksiya keçirəcəklər

Erməni lobbisi Tehranda Azərbaycana qarşı aksiya keçirəcək.

Cebhe.info “Azad İran”-a istinadən xəbər verir ki, Qarabağda antiterror əməliyyatlarından sonra İrandakı erməni lobbisi Azərbaycana qarşı yenidən fəaliyyətə başlayıb.

İran parlamentinin bir qrup erməni deputatı və İrandakı erməni arxiyepiskopu Tehranda və Qərbi Azərbaycan əyalətinin Urmiya şəhərində mitinq keçirmək üçün Daxili İşlər Nazirliyinə mürciət ediblər.

“Qarabağda ermənilərin soyqırımı” adı altında keçirilən bu aksiyanın keçirilməsi üçün müraciət Daxili İşlər Nazirliyinə təqdim edilib.

Ölkənin Daxili İşlər Naziri bu aksiyanın keçrilməsinə icazə verib-verməyəcəyi hələ sual altındadır.

Qeyd edək ki, faşist paniranist hərəkatı, Fransa və ABŞ-dakı erməni lobbisi mövcud faktların əksinə olaraq Azərbaycan Ordusunun antiterror əməliyyatında Qarabağda ermənilərə qarşı "soyqırımı" törətdiyini təlqin edir.

Halbuki dünyanın beynəlxalq azad mediası və dərc olunan görüntulər bu iddianın yalan olduğunu sübut edir.

Yunis Abdullayev
Cebhe.info