Ermənistan-Azərbaycan sərhədində ilk dirək - FOTO

Ermənistan-Azərbaycan sərhədində ilk dirək - FOTO

İlk sərhəd dirəyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırılıb. 

“Cebhe.info” xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan "Facebook" səhifəsində yazıb. 

O, paylaşımına foto da əlavə edib.

İki dövlətin ekspert qruplarının işi davam edir. Bu barədə məlumatı isə Ermənistan hökuməti məlumat yayıb.

“Əvvəlcədən xəbər verildiyi kimi, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə əldə edilmiş razılaşmalara uyğun olaraq, iki ölkənin ekspert qrupları bu gün sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar. Ərazidə geodeziya ölçmələri aparılır”, - deyə məlumatda deyilir.

Xəzər
“Cebhe.info”