Ermənistan Minsk qrupunun ləğvi haqda müzakirələrə başlamağı planlayır

Ermənistan Minsk qrupunun ləğvi haqda müzakirələrə başlamağı planlayır

Ermənistan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müzakirələrə başlamağı planlaşdırır.

"Cebheinfo.az"  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində danışıb.

O qeyd edib ki, daha əvvəl də müzakirə oluna bilən və müzakirəyə çıxarılmayan məsələlərin olmağı haqda danışıb: “Müzakirə edilə bilən məsələlərdən biri ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Bir daha təkrar edirəm: ATƏT-in Minsk qrupunun buraxılması məsələsi müzakirə oluna bilər və biz yaxın zamanda bu məsələ ilə bağlı müzakirələrin başlanması təşəbbüsü ilə çıxış etməyi planlaşdırırıq”.

"Cebheinfo.az"