Ətdən keçən dəhşətli xəstəliklə bağlı XƏBƏRDARLIQ

Monqolustanın 15 vilayətinin 81 rayonunda vəba xəstəliyinə yoluxma riski ən böyük həddə çatıb. Təhlükə Milli Nadam Festivalı ilə bağlı vətəndaşların ölkəni aktiv şəkildə gəzməsindən sonra yaranıb.
“Cebhe.info” xəbər verir ki, bu barədə Monqolustan Səhiyyə Nazirliyi məlumat yayıb.
“Nadamdan sonra 15 vilayətin 81 rayonunda bubon vəbaya yoluxma riski çox yüksək olaraq qalır. Odur ki, tarbaqanların (çöl marmotu) itlərlə və tələlərlə ovlanması, ətinin yeyilməsi və dərisini evdə saxlamağın qadağan olunduğunu xatırladırıq. Uşaqların tarbaqan quyularının yanında oynamasına icazə verməyin”, - deyə idarənin müraciətində bildirilir.
Səhiyyə Nazirliyi vətəndaşlara letargik və ölü marmotlara toxunmamağı xatırladıb. Əgər onlar aşkar edilərsə, bu barədə təcili olaraq tibb və epidemioloji müəssisələrə məlumat vermək lazımdır.
Vəba Monqolustanda və qonşu ölkələrin sərhəd bölgələrində yayılan endemik xəstəlikdir. Xəstəliyi gəmiricilər və onların üzərində yaşayan birələr yayır. Xəstəlik xəstə heyvandan insanlara, o cümlədən ət yeməklə keçir.
Xəzər
“Cebhe.info”