Finalın izləndiyi restoranda qanlı terror

Finalın izləndiyi restoranda qanlı terror

Somalinin paytaxtı Moqadişuda dünən axşam saatlarında 2024-cü il Avropa Futbol Çempionatının finalını izləyənlərin yerləşdiyi restoranın qarşısına bomba yüklü avtomobillə hücum təşkil edilib.

"Cebhe.info" xəbər verir ki, polisin verdiyi açıqlamada avtomobilin partlaması nəticəsində 5 nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilib.

Partlayış nəticəsində 10 avtomobilin yararsız hala düşdüyü, bir çox binanın zədələndiyi qeyd edilib.

Hücuma görə məsuliyyəti "Əş-Şəbab" terror təşkilatı öz üzərinə götürüb.

Ləman İsmayıl
"Cebhe.info"