Fransa məhkəməsindən qərar: Müsəlman məktəbi…

Fransa məhkəməsindən qərar: Müsəlman məktəbi…

Fransa məhkəməsi müsəlman məktəblərinin bağlanmamasına qərar verib.

"Cebhe.info" xəbər verir ki, Fransanın inzibati məhkəməsi Nitsadakı müsəlmanlar üçün özəl məktəbin bağlanması qərarını ləğv edib.

Belə ki, Nitsa İnzibati Məhkəməsi Alpes-Maritimes Qubernatorluğunun İbn Sina orta məktəbi ilə bağlı verdiyi bağlanma qərarını ləğv edib.

Məktəbə qarşı “maliyyə resurslarında qeyri-müəyyənlik” ittihamı da götürülüb.

Məhkəmə Qubernatorluğu məhkəmə xərcləri üçün məktəbə 1500 avro ödəməyə məcbur edib.

Xatırladaq ki, martın 15-də Alpes-Maritimes Qubernatorluğu bölgədəki müsəlmanlar üçün yeganə özəl məktəb olan Nitsada İbn Sina adına orta məktəbin bağlanması barədə qərar qəbul etmişdi. Məktəb maliyyə imkanları barədə dəqiq məlumat verməməkdə ittiham olunurdu.

Nigar Hacılı 
"Cebhe.info"