General Hacızadə: "Bu əməliyyatda gizli məqamlar var"

General Hacızadə: "Bu əməliyyatda gizli məqamlar var"

"Ötən ay İsrailə qarşı cavab hava hücumları zamanı İran mövcud hərbi resurslarının yalnız kiçik bir hissəsindən istifadə edib".

"Cebhe.info" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik diviziyasının komandiri, briqada generalı Əmir Əli Hacızadə bildirib.

İranlı general qeyd edib ki, İranın “Doğru vəd əməliyyatı” adlı cəza zərbələri zamanı ABŞ, İngiltərə və Fransa İranın hücumlarını dəf etmək üçün İsrailin köməyinə gəliblər.

Bununla belə, o əlavə edib ki, ölkə fövqəldövlətlərə və onların müttəfiqlərinə qarşı çıxıb, İsrailə qarşı hərəkətə keçmək üçün hazırladıqlarının cəmi 20 faizindən istifadə edib.

Hacızadə bildirib ki, İsrail İranın hücumlarına qarşı bütün hərbi resurslarını səfərbər edib, ABŞ isə İsrailə dəstək olaraq öz təyyarələrini, kreyserlərini və təyyarədaşıyanlarını yerləşdirib:

"İran bütün gücündən istifadə etməsə də, İsrail və müttəfiqləri İranla qarşı-qarşıya gəlmək üçün əllərində olan hər şeydən istifadə ediblər".

General  əlavə edib ki, əvvəllər müdaxilə etmək niyyətində olmadığını bildirən ABŞ İsraili dəstəkləyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı deyib:

"Bu əməliyyatda İranın hərbi gücünün yalnız kiçik bir hissəsini ortaya qoyulub və bir çox gizli məqamlar var”.

Xəzər

"Cebhe.info"