Fransa səfiri Gorusda patrulluq edib

Fransa səfiri Gorusda patrulluq edib

Xəbər verdiyimiz kimi, Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivier Dekotini və Fransa Senatının nümayəndə heyəti Girusa səfər edib.

Onlar Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda apardığı işlərlə tanış olublar. 

“Cebhe.info” xəbər verir ki, bu barədə müşahidə missiyasının “X”-dakı məlumatında deyilir.

“Fransanın Ermənistandakı səfiri Olivye Dekotini və Fransa Senatının nümayəndə heyətini qəbul etmək böyük şərəfdir. Regiondakı siyasi vəziyyətlə bağlı yaxşı və məhsuldar müzakirə aparılıb”, - deyə missiyanın bəyanatında deyilir. Qeyd olunur ki, qonaqlar müşahidə missiyasının işi ilə daha yaxından tanış olmaq üçün Gorus ərazisində patrula qoşulublar.

Xəzər
“Cebhe.info”