Fransada narıncı həyəcan siqnalı verilib

Fransada narıncı həyəcan siqnalı verilib

 Fransada havaların isti keçməsi ilə əlaqədar bu gündən etibarən 6 əyalətdə narıncı həyəcan elan edilib.

"Cebheinfo.az" xəbər verir ki, Fransa Meteorologiya İdarəsi bugündən etibarən ölkənin cənubunda təsirli olacağı gözlənilən yüksək temperaturla bağlı xəbərdarlıq edib.

Aralıq dənizi sahillərindəki Voklüz, Aude, Herault, Qard, Buş-du-Rhone və Şərq Pireney adaları da daxil olmaqla 6 əyalətdə isti hava şəraiti ilə əlaqədar narıncı xəbərdarlıq elan edilib. Həftəsonu isti havanın ölkənin şimalına keçəcəyi təxmin edilir.

Ölkə ərazisində havanın temperaturunun 22-38 dərəcə arasında dəyişəcəyi gözlənilir.  Olimpiya Oyunlarının keçirildiyi paytaxt Parisdə avqustun 10-da havanın temperaturunun səhər 30-31, axşam isə 25 dərəcə isti olacağı gözlənilir.

Parisdə avqustun 11-dək davam edəcək Olimpiya Oyunlarına isti hava şəraitinin necə təsir edəcəyi müzakirə olunur.  Yüksək hərarət idmançılara mümkün təsirlərinin narahalıq yaradır.

Digər tərəfdən, avqustun 11-də ölkənin cənub-qərbində havanın temperaturunun 40 dərəcəyə yüksələcəyi bildirilir.  Həftənin əvvəlində bu rayonda havanın soyuyacağı təxmin edilir.

Nigar Hacılı 
"Cebheinfo.az"