Fransada sel suları körpünü uçurub

Fransanın İsere əyalətinə gələn sel körpünü uçurub.
"Cebhe.info" Fransa mətbuatına istinadən xəbər verir ki, İsere əyalətinin La Berarde kəndində gecə saatlarında fırtına baş verib.
Güclü yağış nəticəsində yaranan sel suları kəndin körpüsünü uçurub. Əlverişsiz hava şəraiti ilə əlaqədar rayona gedən yollar bağlanıb.
Kənddə yaşayan 97 nəfər helikopterlə təhlükəsiz ərazilərə təxliyə edilib.
Fırtına, daşqın və güclü yağış səbəbindən İsere əyalətində “narıncı” xəbərdarlıq elan edilib.
Nigar Hacılı
"Cebhe.info"