Baş nazir: "Gürcüstanı müharibəyə cəlb etmək istəyirlər"

Baş nazir: "Gürcüstanı müharibəyə cəlb etmək istəyirlər"

Bu gün çox ciddi təhdidlər və müharibə çağırışları mövcuddur.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.

Baş nazir bildirib ki, bəzi qüvvələr Gürcüstanı müharibəyə cəlb etmək istəyir. O, avropalı siyasətçiləri sərt tənqid edərək, ölkəsinin yeni müharibə istəmədiyini söyləyib.

"Gürcüstanın müharibəyə cəlb olunması üçüncü dünya müharibəsinə səbəb ola bilər və ölkəmiz bu müharibəyə tab gətirə bilməz”, - deyə Baş nazir vurğulayıb.

Cebhe.info