Hakan Fidan Putinə nə deyəcək?

Prezident Vladimir Putin Rusiyada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək.
"Cebhe.info" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Moskva vaxtı ilə saat 18:00-dan sonra Prezident burada işgüzar səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşəcək", - Kreml rəsmisi bildirib.
Peskovun sözlərinə görə, Fidan Moskvada danışıqlar aparırdı və indi bu danışıqların nəticəsi barədə Putinə məlumat verəcək. Putinin mətbuat katibi vurğulayıb ki, Moskva ilə Ankara arasında münasibətlərin gündəliyi kifayət qədər əhatəlidir, müzakirə olunacaq çoxlu məsələlər var.
Qeyd edək ki, Fidan daha əvvəl BRİKS Xarici İşlər Nazirləri Toplantısının keçirildiyi Nijni Novqorodda rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.
Nigar Hacılı
"Cebhe.info"